Məcid Seyidov Kəngərlidə vətəndaşları qəbul edib - FOTO
Mayın 14-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Kəngərli rayonunun Qıvraq qəsəbəsində vətəndaş qəbulu keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan öncə Məcid Seyidov Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
İcra Hakimiyyətində reallaşan qəbul zamanı müraciətlər əsasən, rayon ərazisində idman infrastrukturunun yenilənməsi ilə bağlı olub. Müraciətlərin əksəriyyətinə yerində baxılıb və cavablandırılıb, digərlərinin həlli istiqamətində isə qanunvericiliyə uyğun olaraq işlər aparılacaqdır.












