İlham Əliyev Zəngilanda "Zangilan City Park Hotel"in təməlini qoyub -

İlham Əliyev Zəngilanda "Zangilan City Park Hotel"in təməlini qoyub - FOTO

10 May 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, "PMD Group" MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.