Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib -

Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib - FOTO

10 May 2026

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi müasir, müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib.

Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.