Naxçıvanda prokurorlar Ulu Öndərin abidəsini ziyarət ediblər - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev və prokurorluğun kollektivi Ümummilli Liderin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.












