Xocalıda ağacəkmə aksiyası keçirilib
Xocalı rayonunun Ballıca kəndində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən məlumat verib.
Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən aksiya zamanı Ballıca kəndində müxtəlif növ ağac və gül kolları əkilib.
Aksiyanın məqsədi Heydər Əliyevin xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək və ekoloji tarazlığın qorunmasına dəstək olmaqdır.








