Həbs yerləri dedikdə hansı saxlama yerləri nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət-Prosessual Məcəlləsinə əsasən həbs yerləri dedikdə hansı saxlama yerləri nəzərdə tutulur?
Cavab: Tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır nəzərdə tutulur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








