Səmimi peşmanlıq cinayət məsuliyyətindən azadolma üçün əsas ola bilər -

Səmimi peşmanlıq cinayət məsuliyyətindən azadolma üçün əsas ola bilər - HÜQUQ MƏSLƏHƏTİ

12 May 2026

Sual: Cinayət törətmiş şəxs səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi?

Cavab: Bəli, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Şəxs cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev