Naxçıvanda Azərbaycan dili üzrə ikinci cəhd buraxılış imtahanı nə vaxt keçiriləcək?

Naxçıvanda Azərbaycan dili üzrə ikinci cəhd buraxılış imtahanı nə vaxt keçiriləcək?

12 May 2026

Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdi 21 iyun tarixində keçiriləcək.

İmtahan üçün qeydiyyat isə 25 may-2 iyun tarixlərində aparılacaq.

Qeyd edək ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. İmtahanın birinci mərhələsi mayın 3-də keçirilmişdi.