“EFES - 2026” təlimində tapşırıqlar uğurla icra olunub - VİDEO
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.
Qeyd edək ki, Azərbaycanın hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.








