Şahin Mirzəyev Babək rayonunda sakinləri qəbul edəcək
Mayın 14-ü saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Babək rayon sakinlərinin qəbulu aparılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 11:00-dan etibarən Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.








