Şərurun 2 kəndinin qaz təchizatı dayandırılacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 2 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 11:00-dan Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan isə rayonunun Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.








