Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər 4-5 ilə başa çatdırılacaq
Türkiyə Zəngəzur dəhlizinin onun ərazisinə düşən hissəsində işləri 4-5 ilə başa çatdıracaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində bildirib.
"Zəngəzur dəhlizi ilə bağlı işlərə başlamışıq. Bu günlərdə azərbaycanlı həmkarım Rəşad Nəbiyevlə Almaniyada görüş keçiridik. Orada müəyyən məsələləri müzakirə etdik. Azərbaycan da dəhlizin Naxçıvan hissəsində işləri başlayıb. Bütün işləri birlikdə tamamlayandan sonra o yoldan rahatlıqla istifadə edə biləcəyik. Bunun üçün 4-5 ilə ehtiyacımız var", - deyə o qeyd edib.








