“Naxçıvanxəbərləri” yeni layihəsini təqdim edir — “Sual altında”
“Naxçıvanxəbərləri” İnformasiya Portalı yeni podcast layihəsi olan “Sual altında” proqramına start verir.
Müxtəlif sahələri əhatə edəcək layihədə cəmiyyəti düşündürən məsələlər, aktual mövzular, sosial problemlər və maraq doğuran suallar müzakirə olunacaq. Podcast formatında təqdim ediləcək verilişdə ekspertlər, ictimai fəallar və müxtəlif peşə sahibləri ilə səmimi və maarifləndirici söhbətlər aparılacaq.
Layihənin ilk qonağı Naxçıvan Qüsursuz Nitq Mərkəzinin icraçı-direktoru, defektoloq-loqoped Leyla Kərimdir. O, uşaqların sosial şəbəkələrdən düzgün istifadəsi, nitq qüsurları, uşaqlarda danışıq problemləri və valideynlərin ən çox qarşılaşdığı çətinliklərlə bağlı sualları cavablandırır.
Qeyd edək ki, “Sual altında” proqramının əsas məqsədi cəmiyyət üçün vacib mövzuları gündəmə gətirmək, maarifləndirici müzakirələr aparmaq və izləyicilərlə açıq dialoq yaratmaqdır.








