Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.








