Naxçıvan məktəbliləri mükafatlandırılıb -

Naxçıvan məktəbliləri mükafatlandırılıb - FOTO

07 May 2026

"Ən yaxşı təqdimat" müsabiqəsində qalib olan Naxçıvan məktəbliləri mükafatlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Mərasimdə  müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Solmaz Ələkbəova I, Culfa rayon Saltaq kənd tam orta məktəbin XI sinif şagirdi Murad Zülfüqarov II, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ərsadiq Cabbarlı isə III yerin qalibi olub.

Müsabiqə Elm və Təhsil Nazirliyi , Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.