Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarına Prezident mükafatı verilib

Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarına Prezident mükafatı verilib

07 May 2026

Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Dövlət Milli Dram Teatrının bir qrup tanınmış aktyoru da Prezident mükafatına layiq görülüb.

Mükafat alan sənət adamları aşağıdakılardır:

– Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Canbaxşiyev Səməd Canbağış oğlu

– Əkbərov Mir Qabil Qafil oğlu

– Respublikanın Əməkdar artisti Rəcəbli Vidadi Həsən oğlu

– Nəbiyev Cəbrayıl Fəxrrux oğlu

– Vəliyeva Ləman Vəli qızı

Qeyd edək ki, Prezident mükafatları ölkədə mədəniyyət və incəsənətin inkişafına verdikləri töhfələrə görə təqdim olunur.