Naxçıvanda iki kənddə “turistik kənd” layihəsi hazırlanacaq - FOTO
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndi və Ordubad rayonunun Pəzməri kəndində “turistik kənd” layihələrinin hazırlanması istiqamətində satınalma müsabiqəsi elan olunub.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla verdiyi məlumata görə, müsabiqə “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndi və Ordubad rayonunun Pəzməri kəndində “turistik kənd”in layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması”nı əhatə edir.
Satınalan təşkilatın hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 134-də yerləşir.
Layihənin əsas məqsədinin kənd turizminin inkişafı, bölgələrin turizm potensialının artırılması və yerli infrastrukturun müasir turizm tələblərinə uyğunlaşdırılması olduğu bildirilir.
Qeyd edək ki, Kükü kəndi və Pəzməri kəndi təbii landşaftı, dağ turizmi imkanları və kənd həyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən yaşayış məntəqələridir.










