Musiqi və incəsənət müəllimlərinin qiymətləndirilməsində yeni mərhələ başlayır

Musiqi və incəsənət müəllimlərinin qiymətləndirilməsində yeni mərhələ başlayır

01 May 2026

Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayır

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumatverir ki, bunu Hüquq elmləri doktoru, professor Mayis Əliyev dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi barədə brifinqdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla "Təhsil haqqında" Qanuna və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi mexanizminin müasirləşdirilməsini nəzərdə tutur:

"Yeni yanaşmaya əsasən, incəsənət müəllimlərinin peşəkar bilik və bacarıqları artıq ənənəvi attestasiya yolu ilə deyil, sertifikatlaşma mexanizmi vasitəsilə müəyyən ediləcək. Yeni sertifikatlaşma modeli isə müəllimlərin real peşəkar kompetensiyalarını, pedaqoji ustalığını, yaradıcı yanaşmasını və şagird nəticələrinə təsirini ölçməyi hədəfləyir".

M.Əliyev onu da əlavə edib ki, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı müvafiq qaydalar hazırlanacaq və biliklərin qiymətləndirilməsi bu yeni mexanizm əsasında davam etdiriləcək:

"Attestasiyada iştirak etməmiş bəzi bölgələrin təhsilverənlərinin sertifikatlaşmada iştirakı ilə bağlı prosedurlar barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Xatırladaq ki, aprelin 29-da Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə təsdiqlədiyi Qanuna əsasən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq.