8 nəfər yüksək nəticə göstərib, 6 nəfər imtahandan xaric edilib

8 nəfər yüksək nəticə göstərib, 6 nəfər imtahandan xaric edilib

01 May 2026

Xəbər verdiyimiz kimi, aprelin 5-də ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.