Hikmət Hacıyev Xankəndidə Zəfər parkında diplomatik korpusla birgə foto paylaşıb

Hikmət Hacıyev Xankəndidə Zəfər parkında diplomatik korpusla birgə foto paylaşıb

01 May 2026

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə Zəfər parkında diplomatik korpusun üzvləri ilə birgə fotosunu paylaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bu barədə sosial şəbəkələrdə müvafiq paylaşım edib.

"Xankəndidəki Zəfər parkı - qürur və xatirələr məkanıdır", - H.Hacıyev bildirib.

Kadrlarda diplomatik korpus nümayəndələrinin Xankəndidəki Zəfər parkında birgə foto çəkdirdikləri an əks olunub.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

https://twitter.com/i/status/2050201032953880809