İki Qarabağ müharibəsində itkin düşmüş 3 696 nəfər hələ də tapılmayıb
Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş sayılan 4005 nəfərdən 3696 nəfəri hələ də tapılmayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Ümumilikdə iki müharibə dövründəitkin düşmüş hesab edilən 4005 nəfərdən 3999 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə 44 günlük Vətən Müharibəsində itkin düşmüş sayılırdı.
Birinci müharibədə itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287-i qadın, 319 qoca olub. İtkin düşənlərin 3711-I kişi, 288 nfəri qadındır.
İkinci Qarabağ Müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub.
Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub. Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları eskumasiya edilib, onlardan 11 nəfəri bu ay ərzində aşkar olunub.
Beləliklə, 3696 nəfər hələ də itkin sayılır.








