Başa çatmış və başa çatmayan cinayət nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Başa çatmış və başa çatmayan cinayət nədir?
Cavab: Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.
Cinayətin hazırlanmasına və törədilməsinə yönələn hərəkətlər qanunla cinayət hesab edilən əməlin bütün əlamətlərinə malik olur. Buna görə də, cinayət qanunvericiliyi təkcə başa çatan cinayətə görə deyil, həm də bitmiş cinayətdən öncə hələ başa çatmayan ictimai-təhlükəli əməllərə görə də məsuliyyət müəyyən edir.
Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Bu maddənin təhlili əsasında həm də cinayətin əlavə bir mərhələsi -–başa çatma mərhələsi də fərqləndirilir. Xarakterinə və qurtarma vaxtına görə onlar bir-birindən fərqlənir. Qəsdən törədilən cinayətlərin hazırlanması və bilavasitə törədilməsi ilə bağlı olan pillələrə cinayətin edilmə mərhələləri deyilir.
Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 28 və 29-cu maddələrinə istinad olunmaqla Cinayət Məcəlləsinin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








