Naxçıvan kitabxanaçıları Bakıda təcrübə proqramında iştirak ediblər - FOTO
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kitabxana sistemində çalışan əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə 29-30 aprel – 01 may 2026-cı il tarixlərində Bakı şəhərinə ezamiyyə təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ezamiyyə çərçivəsində əməkdaşlar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər aparıcı kitabxanalarda təcrübə keçiblər. Onlar bu müəssisələrin iş prinsipləri, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və oxuculara göstərilən xidmətlərin təşkili ilə yaxından tanış olublar.
Təcrübə müddətində elektron kataloq sistemləri, rəqəmsal resurslardan istifadə imkanları, oxucu məmnuniyyətinin artırılması istiqamətində tətbiq olunan yeniliklər və qabaqcıl iş metodları barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Belə ezamiyyələrin təşkili region kitabxanalarında xidmət keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.









