Kimlər arasında nikahın bağlanmasına yol verilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kimlər arasında nikahın bağlanmasına yol verilmir?
Cavab: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə görə aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
1. yaxın qohumlar;
2. övladlığa götürənlər və övladlığa götürülənlər;
3. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
4. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
5. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
6. Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
7. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;
8. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








