Sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlandı
Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.
O bildirib ki, bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlərin sayı 100 mini ötəcək:
"Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır. Müəllimlərin sertifikatlaşdırılması prosesi bu il yekunlaşacaq. Məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın isə oktyabr ayında təşkili planlaşdırılır".








