Məni şantaj edərək pul tələb edirlər.Məsuliyyəti nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məni şantaj edərək pul tələb edirlər.Məsuliyyəti nədir?
Cavab: Sizi hədələyən sizin və ya yaxın qohumlarınızın şəxsiyyəti üzərində zor göstərmə, barənizdə rüsvayedici məlumatlar yayma və ya əmlakınızı tələf etmə hədəsi ilə sizin əmlakın (Əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələb edildiyi andan Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş hədə qorxu ilə tələb etmə cinayətini törətmiş hesab edilir.
Həmin əməli törədən şəxs 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Həmin əməllər:
-Təkrar törədildikdə;
-Zor tətbiq etmə ilə törədildikdə;
-Xeyli miqdarda əmlak əldə etmə məqsədi ilə törədildikdə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev








