Xocavənd rayonunun Xanoba kəndinə növbəti 13 ailə köçürülüb -

Xocavənd rayonunun Xanoba kəndinə növbəti 13 ailə köçürülüb - YENİLƏNİB

28 Aprel 2026

Doğma yurduna aprelin 28-də yola salınan köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu mərhələdə Xanoba kəndinə köçürülən 60 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.