Naxçıvanlı sahibkar “Tərəqqi” medalı ilə təltif olunub

Naxçıvanlı sahibkar “Tərəqqi” medalı ilə təltif olunub

28 Aprel 2026

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs "Tərəqqi" medalı ilə təltif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Bizim Qida” MMC-nin rəhbəri Vaqif Əliyev "Tərəqqi" medalına layiq görülüb.

Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasovun adından, eləcə də İdarə Heyətinin adından təltif olunan sahibkarlardan – Konfederasiyanın üzvü, “Bizim Qida” MMC-nin rəhbəri Vaqif Əliyevi ürəkdən təbrik edir, möhkəm cansağlığı və fəaliyyətində davamlı uğurlar arzulayırıq.