Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır

Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır

28 Aprel 2026

Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi"nin tənzimlənməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcəkdir ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır;

Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini, lisenziyanın ləğvini ehtiva edir.

Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.