Naxçıvanlı sahibkar təltifdən danışdı: “Bu, fəaliyyətimizə verilən yüksək qiymətdir”

Naxçıvanlı sahibkar təltifdən danışdı: “Bu, fəaliyyətimizə verilən yüksək qiymətdir”

28 Aprel 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən “Bizim Qida” MMC-nin rəhbəri Vaqif Əliyev “Tərəqqi” medalı ilə təltif olunub.

“NAXÇIVANXƏBƏRLƏRİ”nə açıqlama verən sahibkar göstərilən diqqət və etimada görə minnətdarlığını bildirib. O qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait fəaliyyətlərinin genişlənməsində mühüm rol oynayır:

“Bu təltif bizim üçün böyük qürur və məsuliyyətdir. Sahibkarlara göstərilən dövlət dəstəyi işimizi daha da inkişaf etdirməyə stimul verir. Buna görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm".

Vaqif Əliyev vurğulayıb ki, gələcəkdə də ölkə iqtisadiyyatına töhfə vermək üçün fəaliyyətlərini daha da genişləndirməyi qarşılarına məqsəd qoyublar.

Müsahibəni hazırladı:

Mətin Kamal