Qanunsuz əmrə tabe olub cinayət törədən şəxs məsuliyyət daşıyır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Rəhbərin və ya komandirin verdiyi qanunsuz əmri yerinə yetirib cinayət törədən işçi cəzalandırılırmı?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, bilə-bilə qanunsuz əmr və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
Həmçinin, Məcəllənin 40.3-cü maddəsinə görə, qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Camal Sadiqov








