Sahibkarlığın İnkişafı Fondunun layihələrinin 85%-i regionlara yönəlib

Sahibkarlığın İnkişafı Fondunun layihələrinin 85%-i regionlara yönəlib

23 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2026-cı ilin yanvar–mart ayları ərzində ayrılmış güzəştli kreditlərin 33,6 faizi kənd təsərrüfatı, 48,7 faizi xidmət, 17,7 faizi isə sənaye sahələrinə yönəldilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 85 faizi, güzəştli kredit məbləğinin isə 47 faizi muxtar respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.