Tam iş vaxtı və onun müddəti dedikdə nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tam iş vaxtı və onun müddəti dedikdə nəzərdə tutulur?
Cavab:
1. Tam iş vaxtı — müddəti qanunvericilikdə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








