Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir-birlərindən necə fərqləndirilir? -

Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir-birlərindən necə fərqləndirilir? - HÜQUQ MƏSLƏHƏTİ

15 Aprel 2026

Sual: Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir-birlərindən necə fərqləndirilir?

Cavab: Əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən sənədi olmayanlardır. Əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən üst-üstə düşür. Yalnız bir fərq var: əcnəbini yarana biləcək mübahisədə himayə edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsi isə yoxdur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov