Pərviz Şahbazov Ciovanni Kristofoli ilə görüşüb
Azərbaycan və BP şirkəti arasında neft-qaz hasilatı potensialının inkişafı müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşündə baş tutub.
P. Şahbazov görüşdə həmçinin elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrik stansiyası da daxil olmaqla əməkdaşlığın prioritetləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.








