Ata adının dəyişdirilməsi mümkündürmü? -

Ata adının dəyişdirilməsi mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ

13 Aprel 2026

Sual: Ata adının dəyişdirilməsi mümkündürmü?

Cavab: Ata adı birbaşa bioloji ata ilə bağlı olduğu üçün onun dəyişdirilməsi daha həssas və məhkəmə əsaslı prosedurdur. Aşağıdakı hallarda mümkündür:

1.Bioloji atanın dəyişməsi barədə məhkəmə qərarı varsa;

2.Uşaq övladlığa götürülübsə və yeni valideynin adı qeyd olunmalıdırsa;

3.Psixoloji və ya sosial əsaslarla şəxsin ata adı ilə tanınmaması problemi mövcuddursa.

Bu prosesdə məhkəmə qərarı və ya notarial razılıq vacib rol oynayır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov