Xəbərdarlıq inzibati tənbeh növüdürmü? -

Xəbərdarlıq inzibati tənbeh növüdürmü? - HÜQUQ MƏSLƏHƏTİ

09 Aprel 2026

Sual:  Xəbərdarlıq inzibati tənbeh növüdürmü?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinə görə xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə