Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

08 Aprel 2026

Aprelin 10-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının beşinci iclası keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı daxil edilib. Eyni zamanda, sessiyada "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanunun ləğvi və "Ali Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq.

Bundan əlavə, bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərarların qəbulu gözlənilir.