Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
Yaxın Şərqdə atəşkəs regionda müharibənin başa çatması barədə danışıqlar üçün təməl ola bilər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın "Telegram" kanalındakı paylaşımında bildirilib.
"Bu atəşkəs müharibənin tamamilə dayandırılması və regionda təcavüzün olmamasına zəmanət verilməsi məqsədilə aparılan danışıqlar üçün təməl ola bilər", - o qeyd edib.








