"Azərbaycan Dəmir Yolları" mənfəət vergisi ödəmələrini artırıb
Ötən il "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 32,4 milyon manat mənfəət vergisi ödəyib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 3,5 milyon manat və yaxud 8,4 % çoxdur.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.








