Şahbuzda erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib - FOTO
Şahbuz rayon İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə Şahbuz rayon İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz rayon İcra Hakimiyyəti Başçısının müavini Cəlal Paşayev açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Təranə Həsənova və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.












