Əlillik arayışı elektron qaydada veriləcək

Əlillik arayışı elektron qaydada veriləcək

09 Aprel 2026

Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi mygov-a inteqrasiya edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, iyunun 4-nə qədər xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

İyunun 14-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 27-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.

Sentyabrın 20-dən isə xidmətin mygov platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.