Naxçıvanda boşanmaların sayı açıqlandı

Naxçıvanda boşanmaların sayı açıqlandı

09 Aprel 2026

Ötən ildə Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə boşanmaların sayı məlum olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Oxu.Az-ın sorğusuna Dövlət Statistika Komitəsindan cavab verilib.

2025-ci ildə Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 889  boşanma qeydə alınıb.

Muxtar respublikanın inzibati ərazi vahidləri üzrə göstəricilər aşağıdakı kimidir:

Naxçıvan şəhəri – 223 boşanma

Babək rayonu – 155 boşanma

Culfa rayonu – 83 boşanma

Kəngərli rayonu – 67 boşanma

Ordubad rayonu – 70 boşanma

Sədərək rayonu – 27 boşanma

Şahbuz rayonu – 63 boşanma

Şərur rayonu – 201 boşanma

Statistikaya əsasən, ən çox boşanma Naxçıvan şəhərində, ən az boşanma isə Sədərək rayonunda qeydə alınıb. Muxtar respublikanın rayonları arasında yüksək göstərici həmçinin Şərur və Babək rayonlarında müşahidə olunur.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə ən yüksək boşanma göstəriciləri Bakı şəhərində, bölgələr üzrə isə Qarabağ iqtisadi rayonunda qeydə alınıb.