Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3 %-ə yaxın artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3 %-ə yaxın artıb

12 Aprel 2026

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 % artaraq 871,138 min təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,6 % artaraq 59,942 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 % artımla 237,896 min təşkil edib.