Tramp Hörmüz boğazının blokadasını açıqlayıb

Tramp Hörmüz boğazının blokadasını açıqlayıb

12 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinin və müttəfiqlərinin Hörmüz boğazının blokadasına başladığını elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Amerika lideri bu barədə "Truth Social"da yazıb.

O, blokadanın tezliklə başlayacağını və digər ölkələrin də iştirak edəcəyini bildirib.

"Dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa başlayacaq", - o, yazıb.

Bundan əlavə, Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan keçmək üçün İrana pul ödəyən gəmiləri axtaracaq və ələ keçirəcək.

"Mən həmçinin Hərbi Dəniz Qüvvələrimizə beynəlxalq sularda İrana (Hörmüz boğazından keçmək üçün -red) ödəniş edən hər bir gəmini axtarmağı və ələ keçirməyi əmr etdim. Bu qanunsuz ödənişi ödəyən heç bir gəmiyə açıq dənizdə təhlükəsiz keçid verilməyəcək", - o qeyd edib.