Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

12 Aprel 2026

Bu ilin yanvar-mart aylarında "AzStateNet" şəbəkəsi üzrə 41 milyon 285 min zərərli keçid bloklanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

3 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 49 min, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 31 min 962 zərərverici tərkibli elektron sənəd blok edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 50 % və 20 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449 milyon385 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 6 milyon 205 min 200, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.