Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə, cinayət yolu ilə əldə edilmiş, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi başa düşülür.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.








