Mülki işlərdə kimlər şahid qismində dindirilə bilməzlər? -

Mülki işlərdə kimlər şahid qismində dindirilə bilməzlər? - HÜQUQ MƏSLƏHƏTİ

15 Aprel 2026

Sual: Mülki işlərdə kimlər şahid qismində dindirilə bilməzlər?

Cavab: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 104.4-cü maddəsinə görə azyaşlı olduğuna görə, fiziki və ya psixi pozuntuları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər, mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər (vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə), hakim (ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə), din xadimləri (dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə), vəkillər (peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə), mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər (“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla), arbitrlər (arbitraj icraatı zamanı məlum olan hallar barədə) şahid qismində dindirilə bilməzlər.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə