Ceyhun Bayramov ilə  Oana-Silvia Toiu arasında telefon danışığı olub

Ceyhun Bayramov ilə Oana-Silvia Toiu arasında telefon danışığı olub

15 Aprel 2026

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.

Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.