Alen Simonyan Sahibə Qafarova ilə görüşünü anons edib

Alen Simonyan Sahibə Qafarova ilə görüşünü anons edib

14 Aprel 2026

Ermənistan parlamentinin spikeri Alen Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşünü anons edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qafarova ilə görüş aprelin 15-dən 19-dək keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbulda baş tutacaq.

"Bir neçə gündən sonra İstanbula yola düşəcəyəm. Azərbaycan (Sahibə Qafarova - red.) və Gürcüstan (Şalva Papuaşvili - red.) parlamentlərinin rəhbərləri ilə görüş planlaşdırılıb", - Simonyan qeyd edib.

Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşəcək.